Palliativ yardımın modelləri


Hazırda Mərkəzi və Şərqi Avropa, Keçmiş Sovetlər məkanı, Cənub-Şərqi Asiya, Cənubi və Şərqi Afrika, Mərkəzi Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələri ərazisində palliativ yardım proqramları fəaliyyət göstərir.


Rusiya modeli


Rusiyada Palliativ yardim prosesinə ümumilikdə daxil edilən şəxslər aşağıdakılardır:

  • Tibb işçiləri palliativ yardım üzrə ixtisaslı kadrlar və digər həkim-mütəxəssislər(xəstələrin qohumları)
  • Terapevtlər, fizioterapevtlər, psixoloqlar, farmasevtlər, dietoloqlar və səhiyyə sahəsinin sosial işçiləri
  • Konsultant-məsləhətçilər
  • Musiqi aromaterapiya və s sahələr üzrə terapevtlər və s
  • Qeyd edək ki yüksək dozalı  psixotrop maddələrə(opioidlərə) əlçatanlığı daha da asanlaşdıran vahid dövət orqanının yaradılması Rusiyada Palliativ yardım və Hospis xidmətinin bir hissəsi olaraq önəm kəsb edir. Eyni zamanda ancaq yüksək ixtisaslı tibb işçilərinin razılığı ilə opiod tərkibli maddələrin ölkəyə gətirilməsinə nəzarət edilməsi və lisenziyalaşdırılmasına şərait yaradılması da vacib məsələlərdən biridir. Çünki bu cür güclü ağrıkəsicilər olmadan bəzi xəstələr ömürlərinin son günlərini daha da əziyyətlə keçirirlər.


Moldova modeli


Yardım sahəsində Moldova Respublikasının həyata keçirdiyi  bir sıra Plan və Strategiyalar mövcuddur. Moldova Respublikasının səhiyyə sahəsinə ayırdığı xərc vəsaitlərinin 40,3 %-i maliyyə ayırmaları, 44, 9 %-i isə ÜST tərəfindən edilən məqsədli yardımlardır. Moldovada Səhiyyə sistemində tibbi avadanlıqlar 1-ci və 2-ci dərəcəli olmaqla iki yerə bölünür:

  • 1-ci dərəcəli tibbi yardım yalnız Ailə terapiyası üçün formalaşdırılaraq Ailə Müalicə və Sağlamlıq Mərkəzi tərəfindən həyata keçirilir
  • 2-ci dərəcəli tibbi yardımlar isə xüsusiləşdirilmiş ambulator  və stasionar yardımı özündə əks etdirir.


Qazaxıstan modeli


Dünya  bankı tərəfindən Qazaxıstanın Səhiyyə sferasının daha da gücləndirilməsi üçün 117,7 mln dollar vəsait ayrılmışdır. Qazaxıstan QİÇS, vərəm və malyariyaya qarşı  mübarizə aparmaq üçün Qlobal Fonddan çoxsaylı  qrant alıb. Maliyyələşdirmənin 6-cı raundunda Qazaxıstan Proqram çərçivəsində 9,2 mln dollar qrant almışdır ki, bu vəsaitlər  Qazaxıstanın xüsusilə palliativ yardım və QİX-lərin qarşısının alınması məqsədilə ayrılıb.

Qazaxıstanın bir çox xəstəxanasında bu xəstəliklərlə bağlı  stasionar bölmələrinin təcili yardım məntəqələrində  24 saat  pulsuz fəaliyyət göstərən zəng xidmətləri mövcuddur. Hansı ki, bu heyətin tərkibinə:

  • Ümumi praktika üzrə həkim briqadaları
  • Pediatrik briqadalar
  • Feldşer komandası
  • İntensiv terapiya briqadaları
  • Kardioloji briqadalar
  • Psixoloji yardım briqadaları
  • Və digər briqadalar daxildir


Qətər modeli


Qətər dövlətində Palliativ yardım xidməti 2008-ci ilin  iyul ayından başlayıb. Bu xidmətə çoxsaylı  ixtisaslaşdırılmış həkim heyəti, tibb bacıları ,psixoperapistlər, klinik farmasevtlər, psixoloqlar, dietoloqlar ,tibb sahəsinin kliniki tibb məsləhətçiləri, tibb sahəsinin sosial işçiləri, mənəvi (ruhsal) məsləhətçilər və s şəxslər cəlb edilib.

Qətərin Palliativ Yardımla əlaqədar  xəstələrin ailə üzvləri üçün  hazırladığı  strateji plan-tövsiyələrə əsasən bunlar qeyd olunmalıdır:

  • Xəstə yaxınları üçün Palliativ Yardımla bağlı  informasiya broşüraları
  • Palliativ Yardımın və ağrının idarəedilməsi yolları
  • Opioid və digər psixotrop maddələrdən düzgün istifadə qaydaları (dəqiq dozada)
  • Xəstədə qəfil dəyişikliklər zamanı edilməli olanlar
  • İştahasızlıq və ürəkbulanma zamanı edilməli olanlar və s

Qətərin Palliativ Yardım Modeli yalnız xərşəng xəstəliyinə tutulmuş yetişkən insanlar üçün nəzərdə tutulub.  Aşağıda adı çəkilən xəstəliklər və bu xəstəliyin daşıyıcısı olan azyaşlı və yetişkən insanlar bu modelə daxil edilməyib:

  • Ürək-damar xəstəlikləri
  • İnfarkt
  • İnsult
  • Xroniki ağciyər xəstəlikləri
  • Xroniki neyroloji xəstəliklər və s

Lakin yaxın gələcəkdə Qətər hakimiyyəti  bu cür  xəstəliklərlər üzrə tədbirlər planının hazırlanmasını da nəzərdə tutur.Hal-hazırda davam edən Palliativ Yardım  Modelinə əsasən  qeyd edilən məsələlər nəzərdə tutulub:

  • Hospislərdə xəstələr üçün 10 ədəd tək nəfərlik otaqların təşkili eləcə də 1 ədəd xəstənin ailəsi ilə görüş otağı
  • Xəstələrə evdə baxım üzrə nəzərdə tutulan kompakt layihə
  • Palliativ Yardımın mütəmadi olaraq yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər
  • Tibb sahəsi üzrə oxuyanlara tez-tez Palliativ Yardim və Hospislərdə İnternatura keçmələrinin təşkili