Palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin əzabəziyyətinin qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi, həmçinin onların ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə ölüm vəziyyətində olan bütün xəstələrin 60%-nin palliativ yardıma ehtiyacı olur.
"Palliativ" tibbi termini latınca palio (örtürəm, qoruyuram) sözündən olub, xəstəyə müvəqqəti yüngüllük gətirən, lakin xəstəliyin tam sağalmasına hədəflənməyən dərman müalicəsi və yaxud cərrahi əməliyyat deməkdir.
Palliativ yardımın təminatı əlacsız xəstələrə diaqnoz qoyulan vaxtdan başlayır.
Palliativ yardımın əsas məqsəd və vəzifələri:
* Ağrının yüngülləşdirilməsi və xəstəliyin törətdiyi digər narahatedici simptomların azaldılması
* Xəstəyə və qohumlarına psixoloji dəstəyin verilməsi
* Ölümə insan həyatının təbii mərhələsi kimi baxılması
* Xəstə və yaxınlarının mənəvi-ruhi ehtiyaclarının ödənilməsi
* Sosial və hüquqi məsələlərin həll edilməsi
* Bioetik məsələlərin həll edilməsi
Palliativ yardım xidmətlərinin göstərilməsi aşağıdakı məkanlarda mümkündür:
Palliativ yardım növünün seçimi xəstənin vəziyyəti, ailə durumu, ev şəraiti, xəstəxana və ya tibb məntəqəsindən uzaqlığı və xəstənin istəyi nəzərə alınmaqla təyin edilir. Palliativ yardım gündə 24 saat, həftədə 7 gün olmaqla təmin edilir.
Ömrünün son dövründə müalicənin effekt vermədiyini nəzərə alaraq, belə xəstələrə xəstəxana şəraitində hospis tibbi xidməti göstərilir. Hospisdə göstərilən palliativ yardım əsasən xəstədə fiziki və mənəvi əzabəziyyəti azaltmaq məqsədini daşıyır.

Evtanaziya və həkimin köməyi ilə ölüm. Könüllü aktiv evtanaziya yüksək gəlirli ölkələrin bəzilərində ya qanuniləşdirilib, ya da ən azı cinayət əməlləri sırasında çıxarılıb. Məsələn, Hollandiya, Belçika və Lyuksemburqda (müvafiq şərtlər əsasında) könüllü aktiv evtanaziya qanuniləşdirilib. Kolumbiyada da könüllü aktiv evtanaziya qanunidir. Həkim köməyi ilə ölüm İsveçrədə hələ 1941-ci ildən qanuni sayılır. Oxşar qanunvericilik ABŞ-ın Oreqon və Vaşinqton ştatlarında da qəbul edilib. 2015-ci ilin Fevral ayında Kanadanın Ali Məhkəməsi tərəfindən Cinayət Məcəlləsində intihara yardımın qadağan edilməsi ilə bağlı maddənin qeyri-qanuni olduğunu bildirmişdir. Məhkəmənin qərarında həkimin köməyi ilə intihar aşağıdakı hallarda mümkündür: əqli və psixi cəhətdən sağlam olan və terminal xəstəlik səbəbindən dözülməz əzablara düçar olmuş xəstələr tərəfindən könüllü şəkildə intihara kömək istənildikdə. Həkimin köməyi ilə intihar həmçinin Almaniyada qanuni sayılır. <o:p></o:p>

Yaponiyada həkim nəzarəti altında könüllü evtanaziya məhkəmə tərəfindən hələ 1962-ci ildə qəbul edilib. Lakin Yaponiyada intihar, ölüm prosesi və ölüm məsələləri çox mürəkkəb olduğundan və müzakirəsinə sosial tabu olduğundan, həkimin köməyi ilə könüllü evtanaziya halları çox nadirdir. <o:p></o:p>

Bununla yanaşı, Kolumbiya istisna olmaqla, bütün digər aşağı və orta gəlirli ölkələrdə könüllü aktiv evtanaziya və ya həkim köməyi ilə ölüm qeyri-qanunidir. <o:p></o:p>

1Tibb işçiləri üçün az 1
Tibb işçiləri üçün az 1
Tibb işçiləri üçün az 1