Hazırda Mərkəzi və Şərqi Avropa, Keçmiş Sovetlər məkanı, Cənub-Şərqi Asiya, Cənubi və Şərqi Afrika, Mərkəzi Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələri ərazisində palliativ yardım proqramları fəaliyyət göstərir.
Rusiyada Palliativ yardim prosesinə ümumilikdə daxil edilən şəxslər aşağıdakılardır:
Yardım sahəsində Moldova Respublikasının həyata keçirdiyi bir sıra Plan və Strategiyalar mövcuddur. Moldova Respublikasının səhiyyə sahəsinə ayırdığı xərc vəsaitlərinin 40,3 %-i maliyyə ayırmaları, 44, 9 %-i isə ÜST tərəfindən edilən məqsədli yardımlardır. Moldovada Səhiyyə sistemində tibbi avadanlıqlar 1-ci və 2-ci dərəcəli olmaqla iki yerə bölünür:
Dünya bankı tərəfindən Qazaxıstanın Səhiyyə sferasının daha da gücləndirilməsi üçün 117,7 mln dollar vəsait ayrılmışdır. Qazaxıstan QİÇS, vərəm və malyariyaya qarşı mübarizə aparmaq üçün Qlobal Fonddan çoxsaylı qrant alıb. Maliyyələşdirmənin 6-cı raundunda Qazaxıstan Proqram çərçivəsində 9,2 mln dollar qrant almışdır ki, bu vəsaitlər Qazaxıstanın xüsusilə palliativ yardım və QİX-lərin qarşısının alınması məqsədilə ayrılıb.
Qazaxıstanın bir çox xəstəxanasında bu xəstəliklərlə bağlı stasionar bölmələrinin təcili yardım məntəqələrində 24 saat pulsuz fəaliyyət göstərən zəng xidmətləri mövcuddur. Hansı ki, bu heyətin tərkibinə:
Qətər dövlətində Palliativ yardım xidməti 2008-ci ilin iyul ayından başlayıb. Bu xidmətə çoxsaylı ixtisaslaşdırılmış həkim heyəti, tibb bacıları ,psixoperapistlər, klinik farmasevtlər, psixoloqlar, dietoloqlar ,tibb sahəsinin kliniki tibb məsləhətçiləri, tibb sahəsinin sosial işçiləri, mənəvi (ruhsal) məsləhətçilər və s şəxslər cəlb edilib.
Qətərin Palliativ Yardımla əlaqədar xəstələrin ailə üzvləri üçün hazırladığı strateji plan-tövsiyələrə əsasən bunlar qeyd olunmalıdır:
Qətərin Palliativ Yardım Modeli yalnız xərşəng xəstəliyinə tutulmuş yetişkən insanlar üçün nəzərdə tutulub. Aşağıda adı çəkilən xəstəliklər və bu xəstəliyin daşıyıcısı olan azyaşlı və yetişkən insanlar bu modelə daxil edilməyib:
Lakin yaxın gələcəkdə Qətər hakimiyyəti bu cür xəstəliklərlər üzrə tədbirlər planının hazırlanmasını da nəzərdə tutur.Hal-hazırda davam edən Palliativ Yardım Modelinə əsasən qeyd edilən məsələlər nəzərdə tutulub: