Palliativ yardım ölümcül və ağır xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən, ağrıları, xəstəliyin digər ağır təzahürlərini aradan qaldırmağa yönəlmiş tibbi müdaxilələr, psixoloji tədbirlər və qayğı da daxil olmaqla tədbirlər kompleksidir.
Palliativ qayğı iki komponentdən ibarətdir:
- xəstəliyin bütün dövrü ərzində xəstənin əziyyətinin aradan qaldırılması (radikal müalicə ilə birlikdə);
- həyatın son aylarında, günlərində və saatlarında tibbi yardım.
Palliativ qayğı yanaşmaları
Palliativ qayğı özündə üç yanaşmanı birləşdirir:
Ağrı və ağrıların aradan qaldırılması.
Bunun üçün simptomatik terapiya aparılır.
Psixoloji dəstək
Xəstə yaxınları adətən xəstəyə psixoloji dəstək ola bilmirlər, çünki onlar özləri stress keçirirlər. Palliativ yardım həm xəstə, həm də onun yaxınları ilə psixoloqların işini əhatə edir.
Sosial dəstək.
Sosial xidmət mütəxəssisləri xəstənin sosial problemlərini öyrənməyə, həkimlərlə birlikdə sosial reabilitasiya planını işləyib hazırlamağa, pasiyenti onun hüquqları və mümkün faydaları barədə məlumatlandırmağa və onların alınmasına kömək etməyə borcludurlar.
18.04.2023