PALLİATİV YARDIMIN TƏŞKİLATİ FORMALARI



Dünyada müxtəlif palliativ yardım modelləri mövcuddur. Bu modellər xəstəxanalarda, qocalar evində, xəstənin evində, eləcə də ixtisaslaşmış müəssisələrdə – hospislərdə tətbiq olunur. Hospis, ağır xəstəliyin son mərhələsində olan xəstələrə palliativ yardım göstərilməsi üçün tibb müəssisəsidir.  

Əvvəllər hospislər xəstəliyin son mərhələsində olan adamlara kömək etmək üçün xəstəxana müəssisələri kimi yaradılmışdı. Zaman keçdikcə hospislər dəyişikliklərə məruz qaldı: hospislərin səyyar, evdə yardım və başqa növləri meydana çıxdı. Bununla da, hospis yardımı ixtisaslaşmış müəssisələrdən (xəstəxanalardan) xəstənin evinə doğru yönəldi. 

Dünya təcrübəsində ən çox işlənən hospis və palliativ yardım modelləri aşağıda göstərilir:

Palliativ şöbələr. Palliativ yardıma ehtiyacı olan və ağır vəziyyətdə olduğu üçün xəstəxanadan çıxarıla bilməyən , evdə yardımın mümkün olmadığı xəstələr üçün  təşkil olunur. Bu şöbələr adətən 15-20 çarpayıdan ibarət olur. Xəstəxanada qalma müddəti bir aydan çox olmur. Bu şöbələr qocalar evində də təşkil oluna bilər.

 

Evlərdə palliativ xidmətlər (evdə hospis) Poliklinikalar, rayon xəstəxanaları və s. vasitəsilə təşkil oluna bilər. Onlar bu xidmətlərin yerinə yetirilməsində  sosial müdafiə orqanları ilə birgə fəaliyyət göstərə bilərlər. Könüllü olaraq  tibbi  pedaqoji kollec və institutların tələbələrini, Qızıl Aypara Cəmiyyəti kimi təşkilatlardan olan  tibb bacılarını cəlb etmək tövsiyə olunur.

 

Hospis-stasionar (30 çarpayıdan çox olmayaraq) – son, terminal mərhələdə (çox zaman onkoloji xəstəlikləri) olan xəstələr üçün xəstəxana xidmət göstərən müvəqqəti müəssisələrdir. Xəstəxanada orta qalma müddəti bir həftə,ümumi  qalma müddəti isə bir aydan çox olmur.

 

Palliativ yardım məsləhət komandaları - onkoloji mərkəzlərdə və ya xəstəxanaların onkoloji şöbələrində yaradılır. Bunlar, ağır simptomlu onkoloji xəstələrə baş çəkən  həkimlər və tibb bacılarından ibarət səyyar komandalardır. Bu xəstələr xəstəxanada qeydə alınan və orada müalicə alanlardır.

Bütün növ palliativ yardım xidmətləri bir-biri ilə qarşılıqlı əlaqədə olmalı və evdə palliativ yardımın göstərilməsini  yönəlməlidirlər.

 


17.11.2022

243
0