Etik məsələlər
Etik məsələlər palliativ yardımda xüsusilə mürəkkəb və həssasdır. Çünki bu sahədə qərarlar çox vaxt həyatın son mərhələsi, ağrı, əzab və ölüm mövzuları ilə bağlı olur.
Əsas etik prinsiplər
- Palliativ yardımdə tibbi etikanın dörd əsas prinsipi tətbiq olunur:
- Xeyir vermə (beneficence) – pasiyentin rifahını yaxşılaşdırmağa yönəlmiş qərarlar qəbul
- etmək
- Zərər verməmək (non-maleficence) – pasiyentə fiziki və psixoloji zərər yetirməmək
- Muxtariyyətə hörmət (autonomy) – pasiyentin öz həyatı və müalicəsi ilə bağlı qərar
- vermək hüququna hörmət etmək
- Ədalət (justice) – xidmətlərə bərabər və ədalətli çıxışı təmin etmək
Çətin etik dilemmlar
Palliativ yardımdə tez-tez aşağıdakı etik suallar ortaya çıxır:
- Həyat uzadıcı müalicə davam etdirilməlidirmi, yoxsa dayandırılmalıdır?
- Pasiyentə tam həqiqət nə vaxt və necə deyilməlidir?
- Pasiyentin iradəsi ailənin istəyi ilə ziddiyyət təşkil edərsə, hansı üstün tutulmalıdır?
Bu hallarda qərarlar multidissiplinar komanda tərəfindən, pasiyentin dəyərləri və hüquqları əsas götürülərək qəbul edilməlidir.