Palliativ Yardım logo
Məlumat
Klinik tövsiyələr və alətlərBaxıcılar üçün təlimat

Palliativ yardımdə simptomlara nəzarətin məqsədi xəstəliyi sağaltmaq deyil, pasiyentin özünü daha rahat hiss etməsini və həyat keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməkdir.

Palliativ yardımdə simptomlara nəzarətin məqsədi xəstəliyi sağaltmaq deyil, pasiyentin özünü daha rahat hiss etməsini və həyat keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməkdir. Aşağıda ən çox rast gəlinən simptomlar və onların idarə olunması yolları izah edilir.

Ağrı nəzarəti

Ağrı palliativ yardım alan pasiyentlərin ən çox qarşılaşdığı və həyat keyfiyyətini ciddi şəkildə azaldan problemlərdən biridir. Ağrı yalnız fiziki hiss deyil; o, emosional, sosial və psixoloji aspektləri də əhatə edir. Buna görə də palliativ yardımdakı ağrı nəzarəti kompleks və multidissiplinar yanaşma tələb edir.

Ağrının qiymətləndirilməsi müntəzəm və sistemli şəkildə aparılmalıdır. Pasiyentin subyektiv

ağrı hissi əsas göstəricidir və vizual-analog şkala, rəqəmsal şkala kimi alətlərdən istifadə olunur.

Dərman müalicəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “ağrı pilləkəni” prinsipi əsas

götürülür. Bu yanaşma yüngül ağrı üçün qeyri-opioid dərmanlardan başlayaraq, güclü ağrılar

üçün opioid analgetiklərə qədər mərhələli müalicəni nəzərdə tutur.

Qeyri-dərman üsulları – masaj, nəfəs məşqləri, relaksasiya texnikaları, psixoloji dəstək və

mənəvi yardım – dərman müalicəsini tamamlayır. Ağrı nəzarətinin məqsədi pasiyentin mümkün

qədər aktiv və ləyaqətli həyat sürməsinə şərait yaratmaqdır.

  • Ağrı bədənin verdiyi siqnaldır və palliativ yardımdə “normal hal” kimi qəbul edilməməlidir.
  • Düzgün yanaşma ilə əksər ağrılar nəzarət altına alına bilər.
  • Ağrı başladıqdan sonra deyil, müntəzəm vaxtlarda verilən dərmanlar daha effektlidir.
  • Ağrının şiddətini 0–10 arası qiymətləndirin və dəyişiklikləri qeyd edin.
  • Bədəni rahat vəziyyətdə saxlamaq, isti və ya soyuq kompres (həkim məsləhəti ilə) kömək
  • edə bilər.
  • Sakit musiqi, nəfəs məşqləri və masaj ağrını azalda bilər.
  • Ağrı güclənərsə və ya dəyişərsə, mütləq tibb işçisinə məlumat verin.

Nəfəs darlığı

Nəfəs darlığı havanın çatmaması hissidir və qorxu yarada bilər. Sakit yanaşma və düzgün

tədbirlər bu hissi azalda bilər.

  • Pasiyenti yarımoturaq vəziyyətdə saxlamaq nəfəsi yüngülləşdirir.
  • Otaqda təmiz hava və yaxşı havalandırma təmin edin.
  • Yavaş və dərin nəfəs alma məşqləri öyrədin.
  • Üzə yönəldilmiş sərin hava (məsələn, ventilyator) rahatlıq verə bilər.
  • Nəfəs darlığı qəfil və güclü olarsa, dərhal tibbi yardıma müraciət edin.

Ürəkbulanma

Ürəkbulanma xəstəliyin özündən və ya dərmanların yan təsirindən yarana bilər. Bu hal uzun

müddət davam etdikdə pasiyentin qidalanmasına mane olur.

  • Az-az, lakin tez-tez yemək daha faydalıdır.
  • Yağlı, ağır və kəskin qidalardan uzaq durun.
  • Yeməkdən sonra dərhal uzanmamaq tövsiyə olunur.
  • Sərin və təravətli içkilər kömək edə bilər.
  • Ürəkbulanma davamlıdırsa, həkimin təyin etdiyi dərmanlar vaxtında qəbul edilməlidir.

Yuxu pozuntuları

Yuxusuzluq və ya tez-tez oyanma palliativ pasiyentlərdə çox yayğındır və həm fiziki, həm də

emosional səbəblərlə əlaqəlidir.

  • Gün ərzində qısa, lakin çox olmayan istirahət fasilələri verin.
  • Axşam saatlarında sakit mühit yaradın, səs-küyü azaldın.
  • Yatmazdan əvvəl televizor və telefon istifadəsini məhdudlaşdırın.
  • Rahat yataq, uyğun işıqlandırma və temperatur vacibdir.·
  • Yuxu pozuntuları davam edərsə, tibbi məsləhət alın.