Xülasə
Bu məqalə Türkiyədə səhiyyə sistemi çərçivəsində göstərilən palliativ yardım xidmətləri haqqında əsas məlumatları təqdim etmək məqsədilə hazırlanmışdır.
İnsanlar həyatları boyu müalicəsi mümkün olmayan sağlamlıq problemləri ilə qarşılaşa və bu səbəbdən palliativ yardıma ehtiyac duya bilərlər. Palliativ yardım həyat üçün təhlükə yaradan xəstəliklərlə yaşayan pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yardım sistemidir.
Palliativ yardımda simptomların qarşısının alınması və yüngülləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Dərman vasitələri və qeyri-medikamentoz üsullardan istifadə etməklə pasiyentin rahatlığının təmin edilməsi məqsədi güdülür.
